Dünya

Yaponiyanın baş naziri çıxış edərkən ona tüstü bombası atılıb

Şənbə günü Yaponiyanın baş naziri Fumio Kişidanın ictimaiyyət qarşısında çıxış etdiyi yerin yaxınlığında güclü partlayış baş verib.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Hadisə ölkənin qərbindəki Vakayama şəhərində baş verib. Hökumət başçısının təxliyə edildiyi, onun təhlükə altında olmadığı qeyd edilir.

Kyodo agentliyinin məlumatına görə, tədbir başlamazdan əvvəl Kişidaya tüstü bombasına bənzəyən əşyanı atılıb və partlayış baş verib.

Hücum edən şəxsi təhlükəsizlik əməkdaşları saxlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button