İran

QƏZVİNDƏ FİRDOVSİNİN HEYKƏLİ DAĞIDILIB

Türk şəhərlərində Fars Milliyətçiliyinə etirazlar artıb.
Qəzvin şəhərində Fars Milliyətçilərinin simgəsi kimi tanınan Firdovsi-nin heykəli naməlum şəxslər tərəfindən təxrib edilib. Bu ictimai medya-da Fars milliyətçilərinin narazılığına səbəb olub. Bunu bahənə edən bir quruh, Fars olmayan millətlərə qarşı nifrət dolu çıxışlar edib. Bənzər hadisə Qərbi Azərbaycanın Salmas şəhərində və Təbriz-də də baş vermişdi. Uzun illərdir ki, Türk fəalları Fars milliyətçilərinin Firdovsi kimi radikal şəxsiyyətinin nümadlarının Türk şəhərlərində qoyulması haqqında ixtar verib. Habelə Azərbaycan fəalları bunu pan fars düşüncəsinin türklərə qarşı apardığı asimilasyon siyasəti kimi görür.
Xatırladaq ki İran İslam Cumhuriyyətində Şiə İslamçılığı təbliğ edilsə də Türk məntəqələrində geniş bir Fars milliyətçilik siyasəti yürüdülür.

Related Articles

Bir cavab yazın

Back to top button