İran

Zahidan şəhərində qeyr-dövlət məktəbləri plomblanıb

Sünni ruhanilər tərədifindən idarə olduqlarına görə Zahidan şəhəri Şirabad rayonunda bir neçə məktəb plomblanıb.

İran Müəllimlərinin Həmkarlar İttifaqının məlumatına əsasən plomblanan məktəblərdən biri azı 400 kasib uşağın təhsil aldığı “Nidayi Səaddət” ibtidai məktəbidir.

Şuranın bildirməsinə istinadən məktəbin müllimlər cüzi maaş aldıqları bir halda hətta peşələri üzrə fəaliyyət götərmələrinə qadağa qoyulub.

Həmçinin şagirdlərin ailələri bildiriblər ki, Şirabadda digər bir neçə sünni müdiriyyətli məktəbin fəaliyyətləri də hakimiyyət tərəfindən dayandırılıb.

Təhlükəsizlik İdarəsi müəllimlərə hədə-qorxu gələrək onlardan məktəblərin bağlanılması səbəbinin təmir işləri olduğunu demələrini tələb olunub.

Qeyd edək ki, Sistan və Bəluçistan İran əyalətləri sırasında kasib əyalət hesab olunur və bu səbəbdən əyalətin şagirdləri ölkənin digər şagirdləri ilə müqayisədə təhsil almaq üçün daha az imkanlara malikdirlər.

Belə bir vəziyyətdə hakimiyyət əyalətin məktəblərini hələ bir dini inanc və siyasi səbəblərə görə də bağlayır.

Related Articles

Bir cavab yazın

Back to top button