İran

Səid Sultani və Babək Kyumərsin həbs müddəti uzadılıb

Güney Azərbaycanlı milli fəallar Səid Sultani (Altay Culfalı) və Babək Kyumərsin həbs müddəti 20 gün uzadılıb. Bununla bağlı Təbriz şəhəri İnqilab Məhkəməsinin 16-cı Şöbəsi Seyid Əli Musəvinin başçılığı ilə hökm çıxarıb. Məlumata görə, fəallar 45 gündür ki, tutuqlu saxlanılırlar. Bildirək ki, Səid Sultani və Babək Kyumərsi 1399-cu il mehrin 13-də Təbrizdən Culfaya göndərilmiş əmniyət məmurları tərəfindən öz iş yerlərində həbs olunublar. Daha sonra əmniyət məmurları fəalların evlərində axtarış apararaq maşın, mobil, kitab və notbuklarını özləri ilə aparıblar. Xatırladaq ki, Səid Sultani 1393-cü ilin fərvərdində ermənilərin Culfa kilsəsindəki fitnələrinə etiraz etdiyi üçün həbs edilib. Fəal 1394-cü ilin abanında Fitilə televizion bərnaməsinin türklərə təhqirlər etməsinə etiraz edib. Bu səbəblə də İranın əmniyət məmurları tərəfindən tutuqlanıb. 1385-ci ildə isə “İran” qəzetinin bütün türklərə tohin etməsi nəticəsində Culfa şəhristanında etiraz edilib. Səid Sultani həmin etirazlarda iştirak etdiyi üçün tutuqlanaraq Təbrizin İttilaat İdarəsində fiziki zorakılığa məruz qalıb. Daha sonra Culfa zindanına köçürülüb və məhkumluq müddəti bitdikdən sora azad edilib. Babək Kyumərsi isə 1390-cı il xurdadın 16-sı Culfa şəhristanının Şuca kəndində yerləşən ata evində tutuqlanıb. O, eləcə də 1397-ci ildə hər il keçirilən Babək Qalası Mərasimində tutuqlanaraq bir neçə saat bazcuyi edilib. Daha sonra vəsiqə qarşılığında azad edilib.

Related Articles

Bir cavab yazın

Back to top button