İran

Əbülfəz Zöhrəvənddən Azərbaycana qarşı növbəti çağırış: “İran Ermənistan ərazisinə girməlidir”

Bundan öncə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Türkiyəyə qarşı ciddi ittihamlar səsləndirməsi ilə gündəmə gələn iranlı diplomat Əbülfəz Zöhrəvənd, yenidən Azərbaycana qarşı növbəti çağırış edib.

İranın “Tahririe” saytına müsahibə verən Əbülfəz Zöhrevənd Ermənistan-Azərbaycan qarşıdurması və Zəngəzur dəhlizi ilə bağlı qərəzli fikirlər səsləndirən diplomat Azərbaycanı “Bakı Respublikası” adlandırıb.

“İki ölkə prezidentlərinin görüşündən bir neçə həftə sonra Ermənistanla “Bakı rejimi” arasında hərbi qarşıdurmanın yeni mərhələsinin başlanması ermənilərlə Bakı arasındakı fikir ayrılığının nə qədər dərin olduğunu və bu münaqişənin həllinə ehtiyac olduğunu göstərir ki, burada İranın məsələyə güclü müdaxiləsi qaçınılmazdır”-deyə, o bildirib.

İran hökumətinin məsələ ilə bağlı daha sərt mövqe göstərməli olduğunu deyən Zöhrəvənd, bunun baş verməyəcəyi təqdirdə başqa ölkələrin problemin taleyini həll etmək üçün ortaya çıxacaqlarını söyləyib.

“Təəssüflər olsun ki, indiyədək İran hakimiyyəti bu məsələyə təsirli reaksiya verməyib və belə bir vacib məsələni bir növ izləməklə kifayətlənirlər. Amerika və regional rejimlər bu münaqişənin taleyini öz məqsədlərinə uyğun irəli aparmağa çox çalışırlar”,-deyə o qeyd edib.

Qeyd edək ki, Əbülfəz Zöhrəvənd beynəlxalq məsələlər üzrə ekspert, İranın nüvə danışıqları heyətinin keçmiş üzvü və bu ölkənin İtaliyadakı keçmiş səfiridir.

Related Articles

Bir cavab yazın

Back to top button