AzərbaycanDünya

Urmu gölünün xilas edilməsi ilə bağlı kampaniya başladılır

Urmu gölünün xilas edilməsi ilə bağlı kampaniya başladılır. Bununla bağlı xaricdə və Güney Azərbaycanda yaşayan çevrə fəalları müxtəlif dillərdə bildirişlər yayıblar.

Bildirişlərdə deyilir:

“Urmu gölünün ölüm nidası.

Gölün “duz canavarı”nın oyanması həyəcanı.

Zəhmət olmasa, vətəndaş və ətraf mühit fəallarımızın səsi olun.

Bildiyiniz kimi Yaxın Şərqin ən gözəl və ən böyük duzlu göllərindən biri quraqlıqla mübarizə aparır.

Biz, sizin dəstəyinizlə avqustun 29-dan Urmu gölünü xilas etmək məqsədi ilə Urmu gölünün qurudulmasına etiraz olaraq #Qırmızı_Cümə Günləri/#Ormiya_Gölünü Xilas Etmək adlı həftəlik kampaniya təşkil etməyi qərara aldıq.

Bu səbəbdən bütün insanlardan bizim və Urmu gölünün səsi olmağı xahiş edir və ümid edirik ki, həmrəylik və birliyimizlə gölün xilası üçün nəsə edək.

Bilməlisiniz ki, bu göl quruyarsa, İranın qərbində və coğrafi mərkəzində böyük insan fəlakəti ilə üzləşəcəyik. Urmu gölünün duzu xalqımızın varlığını udacaq.

Övladlarımızın xatirinə gölün səsi olun.

Xahiş edirik, simvolik etirazla Urmu gölünü xilas etmək üçün fəalların yanında olun və yardım edin ki, bu kampaniya vasitəsilə səsimiz hökumət və beynəlxalq ictimaiyyət tərəfindən eşidilsin.

Mərkəzi hökumətin yanlış siyasəti və yanlış idarəçiliyi İranın ətraf mühitinin və insanlığının məhvinə səbəb olub.

Lütfən bu barədə mümkün olduğu qədər məlumat verin.

İranda zülmə qarşı bütün insanların və ətraf mühitin xilası ümidi ilə”.
İmza kampaniyasına qoşulmaq üçün aşağıdakı linkə daxil olmaq lazimdir:

https://www.change.org/p/death-cry-of-lake-urmia-the-alarm-of-the-awakening-of-the-salt-monster-of-lake-urmia?recruiter=1276424201&recruited_by_id=35127650-31fe-11ed-950f-914193564d78&utm_source=share_petition&utm_campaign=share_petition&utm_term=share_for_starters_page&utm_medium=copylink&utm_content=cl_sharecopy_34407023_en-GB%3A6

Related Articles

Bir cavab yazın

Back to top button