Dünya

Əfqanıstanda silahlıların hücumu nəticəsində ölənlər var

Əfqanıstanın şimal-şərqindəki Bədəxşan vilayətində silahlıların hücumu nəticəsində fərmandeh də daxil olmaqla, azı 12 polis ölüb. Bu barədə “ToloNews” telekanalı məlumat yayıb. Telekanalın Əfqanıstan əmniyyət qüvvələrindəki mənbələrinin verdiyi məlumata görə, çərşənbə axşamına keçən gecə baş verən hücumda azı 10 nəfər də yaralanıb. Ehtimal olunur ki, radikal “Taliban” qruplaşmasının silahlıları hüquq-mühafizə orqanlarının əməkdaşlarının postuna hücum ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button