azAzərbaycan

Dövlət Baxçalı: “Azərbaycanla bağlı qanun layihəsinə tam dəstək verəcəyik”

“Azərbaycanla bağlı Türkiyə Böyük Millət Məclisinə təqdim edilən qanun tərhinə, şübhəsiz ki, tam dəstək verəcəyik”. Bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı deyib. “28 il öncə işğal edilən ərazilərin yüzdə 70 -ni 44 gündə işğaldan azad edən dost və qardaş Azərbaycanın sonunadək arxasında olacağımızı söyləmək istəyirəm. Diləyimiz Dağlıq Qarabağın tamamının təmizlənməsi, təcavüzkar Ermənistanın vətən torpaqlarının hər qarışından çıxarılmasıdır”, -deyə o, qeyd edib. Xatırladaq ki, Türkiyə Azərbaycana nizami qüvvə göndərəcək. Ölkənin Prezident dəftəri bununla bağlı qanun tərhi hazırlayıb. Tərh bu gün Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq. Tərhə əsasən, Türkiyə nizamiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

Related Articles

Bir cavab yazın

Back to top button