İran

Əfqanistanlı qaçqınların İrandan deportasiya halları çoxalıb

Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı(İOM) məlumat yayıb.

Beynəlxalq Miqrasiya Təşkilatının yaydığı məlumata görə, Əfqanistanda Talibanın hakimiyyətə gəlişindən sonra İranda yaşayan əfqan qaçqınların deportasiya halları çoxalıb.

İmmiqrasiya Agentliyinin Əfqanistan üzrə direktor müavini Eşli Karl “Associated Press” agentliyinə bildirib ki, bu ilin ilk üç ayında əfqan qaçqınların İrandan deportasiyası 60 faiz artıb və 250 minə yaxın qaçqın Əfqanıstana qaytarılıb.

O, bu qaçqınların çoxunun gömrük keçid məntəqələrinin bağlı olduğu üçün həyatlarını təhlükəyə ataraq qaçaq yollarla İrana mühacirət etdiklərini deyib.

Qeyd edək ki, son aylar İran hökumətinin əfqanistanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button