Azərbaycanİran

İranda polislər zindana hücum edərək məhbusları döyüblər

Bu barədə Siyasi və Mədəni Məhbusları Müdafiə Kampaniyası məlumat yayıb.

Siyasi və Mədəni Məhbusları Müdafiə Kampaniyasının yaydığı məlumata görə, təhlükəsizlik məmurları Kərəc şəhərinin Rəcayi-Şəhr zindanına girərək orada saxlanılan məhbuslara qarşı zor işlədiblər.

Bildirilir ki, həbsxananın bölmələrindən birinə hücum edən polislər məhkumların şəxsi əşyalarını dağıdaraq, bir neçə məhbusu da vəhşicəsinə döyüblər.

Hücum zamanı elektroşokdanda istifadə edilən döyülmə nəticəsində məhbuslardan birinin ağır yaralanmasına baxmayaraq ağır vəziyyətdə təkadamlıq kameraya köçürüldüyü bildirilir.

Hücumun zindana nəzarət edən hakim Hüseynzadə və zindanın Mühafizə bölməsinin rəisi Nadiminin göstərişi ilə baş tutduğu deyilir.

Bildirilir ki, vəzifəyə yeni təyin edilən Nadimi çox sayda siyasi məhbusun saxlanıldığı məhbuslara ağır günlər yaşadacığına söz verib.

“Zindanın Mühafizə Bölməsinin başçısı Nadimi vəzifəyə təyin olunduqdan sonra məhbuslara hədə-qorxu gələrək onlara daha ağır günlər yaşadacağına söz verib”-deyə, Siyasi və Mədəni Məhbusları Müdafiə Kampaniyasının yaydığı məlumatda qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button