İran

Əhərdə koronavirusa yoluxma sayında rekord qeydə alınıb

Son 24 saatda Əhərdə rekord sayda şəxs koronavirusa yoluxub. Bu barədə Əhər Sağlamlıq Şəbəkəsinin başçısı Məhəmməd Mirzapur açıqlama verib. Məlumata görə, ötən bir gündə daha 139 nəfər təhlükəli virusa yoluxub. Hazırda Əhər mərizxanalarında 100-ə yaxın məriz müalicə alır. Onlardan 11-i məsnoi nəfəs dəstqahına qoşulub. Bununla da bölgə üzrə virusa yoluxanların sayı 6 884 nəfərə yüksəlib. Həmin şəxslərdən 5 781 nəfəri şəhər əhalisi, 1103 nəfəri isə kənd əhalisidir. Son 24 saatda virus qurbanlarının sayı daha 3 nəfər artaraq, ümumilikdə 217 nəfərə çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button