Azərbaycan

Azərbaycan və Pakistan arasında daha bir anlaşma təsdiqləndi

“Azərbaycan Cümhuriyyəti Hökuməti ilə Pakistan İslam Cümhuriyyəti Hökuməti arasında iztirari halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” anlaşmanın təsdiqi ilə bağlı qanun təsvib edilib. Bu barədə Azərbaycan Cümhuriyyətinin Prezidenti İlham Əliyev qərar qəbul edib. Anlaşma üç il müddətinə bağlanıb. Sənəddə qeyd edilib ki, tərəflər müqaviləni ləğv etməklə bağlı ən azı üç ay öncə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim etməlidir. Əks durumda anlaşma otomatik şəkildə daha üç il müddətinə uzadılır.

Related Articles

Bir cavab yazın

Back to top button