Dünyaİran

İranla Səudiyyə Ərəbistanı arasında danışıqlar başlayıb

“İran həmişə Səudiyyə Ərəbistanı ilə danışıqların başlaması mövqeyindən çıxış edib”. Bunu İran Dış İşləri Baxanlığının sözçüsü Səid Xətibzadə deyib. Baxanlıq rəsmisi Tehranla Riyaz arasında danışıqlarla bağlı məlumatı şərh edib.
“Biz bu xəbəri mətbuatda görmüşük. Əsas məsələ odur ki, İran Səudiyyə Ərəbistanı şahlığı ilə danışıqları həmişə alqışlayıb. Bu hər iki ölkə xalqlarının maraqlarına, eləcə də Avropada barış və əmniyyət üçün gərəklidir”, – deyə o bildirib.
Vurğulayaq ki, “Financial Times” iki ölkənin məqamları arasında birbaşa dialoqun başladığı haqqında xəbər yayıb. Bildirilib ki, avrilin 9-da Bağdadda İraqın baş baxanı Mustafa Kaziminin vasitəçiliyi ilə tərəflər arasında danışıq olub.

Related Articles

Bir cavab yazın

Back to top button