İran

Urmu gölü ilə bağlı şok uyarı: Payızın sonuna kimi Yer üzündən silinə bilər

Urmu gölü payızın sonuna kimi nəqşədən silinə bilər. Belə bir açıqlamanı Batı Azərbaycan əyalətinin Bölgəsəl Su Şirkətinin başçısı verib.

Onun sözlərinə görə, gölün canlandırılması ilə bağlı lazımi addımlar atılmasa, Urmu gölü tamamilə yox olacaq.

Yasir Rəhbərdin Urmu gölündə su həcminin ötən ilin oxşar dövrünə nisbətdə iki dəfə azaldığını deyib. O bildirib ki, problemin həlli üçün ayrılan büdcənin hara xərclənməsi ilə bağlı dəqiq məlumat yoxdur.

onun sözlərinə görə, Urmu Gölünün Dirçəldilməsi Mərkəzi bunun üçün 15 milyard tümən büdcə alıb və bu pulların hara xərcləndiyi bilinmir.

Urmunun İran məclisindəki təmsilçisi Salman Zakir gölün canlandırılması üçün ciddi tədbirlər görülmədiyini və bəzi hallarda göldə nisbi canlanmanın təbii yağıntılar nəticəsində baş verdiyini deyib.

Ekoloji böhranlar üzrə təhlilçi və İranın Ekoloji Risklər və gəlişmə Birliyinin üzvü Məhəmmədrza Məhbubfər mətbuata verdiyi açıqlamada gölün canlandırılması ilə bağlı verilən sözlərin doğru olmadığını qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button