Azərbaycan

“Əhərin ən böyük problem işsizlikdir”- Şəhər fərmandarı

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərinin fərmandarı Əbülfəz Qənizadə bölgədə insanların, özəlliklə gənclərin əsas probleminin işsizlik olduğunu deyib.

O, rəsmi statistikada işsizlərin sayının 3200 nəfər göstərilməsini yalan adlandırıb və Əhərdə olan işsizlərin sayının rəsmi rəqəmlərdən qat-qat çox olduğunu qeyd edib.

Fərmandar bununla yanaşı Əhər və Heris əhalisinin bölgə yollarının bərbad durumda olmasından narazılıqlarını deyib və bölgənin İran parlamentində təmsil olunan millət vəkillərinin yolların salınması və təmiri üçün lazim olan büdcənin əldə edilməsinə çalışmalarını istəyib.

Əbülfəz Qənizadə bələdiyyə başçısının istefasından sonra yeni bələdiyyə başçısının seçilməməsini tənqid edib və bunu onsuzda çox olan problemlərin artmasına, əhalinin daha çox narazı qalmasına səbəb olduğunu bildirib

Related Articles

Bir cavab yazın

Back to top button