İran

“Sepah”ın Avropada terror planları ifşa olunub

İran İnqilab Keşikçiləri Korpusu terror əməliyyatlarına narkotacirləri cəlb edib

İranın fars dilli müxalif mediasının yazdığına görə, İran İnqilab Keşikçiləri Korpusunun Avropanın üç ölkəsində narkotik alverçiləri vasitəsilə həyata keçirmək istədiyi terror əməliyyatları ifşa olunub.

Məlumatda “Sepah ın cinayətkar dəstələrin vasitəsilə Türkiyə, Almaniya və Fransada müxaliflərə qarşı su-i qəsd hazırladığı bildirilir.

“İran İnternational”ın yazdığına görə, Avropada həbs olunan 840-cı Qüds qüvvələri bölməsinin üzvü terror aktına hazırlıq işləri üçün “Sepah”dan ilkin olaraq 150 min dollar aldığını, su-i qəsdin həyata keçirilməsindən sonra cinayətkar dəstəyə daha bir milyon dollar ödəniləcəyi barədə etiraf edib.

Saytın yazdığına görə, həbs olunan “Sepah” üzvü İstanbulda İsrail konsulluğunda çalışan yəhudi şəxsin öldürülməsini planlaşdırdıqlarını söyləyib.

Bununla yanaşı o, Almaniyada amerikalı general və Fransada jurnalisti öldürmək üçün plan qurduqlarını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button