İran

Əhməd Əliriza Beygi Sərabın mədən layihəsinin əhəmiyyətindən danışıb

Ölkə iqtisadını mədənlərdən və enerjidən istifadəni artırmaqla gəlişdirmək olar. Sərabın nefelin sienit yatağı ölkənin iqtisadi gəlişməsinə və işlə məşğulluğun artmasına yardım edə bilər. Bu fikirləri Təbriz, Azərşəhr və Üskü vilayət sakinlərinin məclisdəki millət vəkili Əhməd Əliriza Beygi deyib. Onun sözlərinə görə, Sərabda nefelin sienit tərhinin icrası alüminium varidatına son qoya bilər. “Nefelin sienit dəyərli bir maddə olaraq Sərabda var. Amma hələ məsullar buna əhəmiyyət vermir. Mafiya isə bu sənayenin yaradılmasını istəmir. Sərabda nefelin sienit karxanasının fəaliyyətə başlaması ilə bağlı işlər görülüb. Sənaye və Mədənlər Vizarəti karxananın mənfəət vermədiyini bildirir. Ancaq bu məsələyə mafiyanın təsir etdiyini düşünürük. Sərab vilayətinin sakinləri karxananın yenidən fəaliyyətə başlamasını gözləyir”,-deyə millət vəkili bildirib. Əhməd Əliriza Beyginin sözlərinə görə, Çinin NFC şirkəti tərəfindən nefelin sienit tərhinin başladılması qərara alınıb. Ancaq təhrimlərə görə, şirkət öz öhdəliklərinin icrasını dayandırıb. Beləliklə, müqavilə ləğv olunub. Millət vəkili tərhlə ilgili sərmayə yatırımının olmasına diqqət çəkib. Bütün altquruluşlarla təmin olunduğunu deyib. Bütün bunlara baxmayaraq, fəaliyyəti dayandırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button