İran

“Taliban” hərəkatının nümayəndə heyəti İrana səfər edib

“Taliban” hərəkatının nümayəndə timi Tehrana səfər edib. Səfər İran Xarici İşlər Vəzirliyinin rəsmi dəvəti ilə baş tutub. Nümayəndə timinə hərəkatın liderinin müavini Molla Bəradər Axund başqanlıq edir. Tim səfər çərçivəsində İran rəsmiləri ilə bölgəsəl məsələləri müzakirə edəcək. İran Xarici İşlər Vəzirliyinin sözçüsü Səid Xətibzadə də siyasi timin səfərini təyid edib. Qeyd edək ki, “Taliban” ötən il Donald Tramp dəftəri ilə barış sazişi imzalayıb və daha sonra Əfqanıstan hökuməti ilə danışıqlara başlayıb. “Taliban” bu danışıqlar yönündə İslamabada, Daşkəndə, Moskoya və Tehrana nümayəndə timlərini göndərib.
Bildirək ki, İran höküməti illərdir bölgədəki terror qruplaşmalarına siyasi, mali və silah dəstəyi verir. İran rejimi Orta Şərqin müxtəlif ölkələrində silahlı qruplar yaradır. Bu qruplardan həmin ölkələrdə öz mənafeyini təmin etmək, dövlət siyasətinə və məqamlarına nüfuz etmək üçün istifadə edir

Related Articles

Bir cavab yazın

Back to top button