İran

Əkbər Azad Tehran zindanından murəxəsiyə göndərildi

Tehranda yaşayan tanınmış yazıçı və ziyalı Əkbər Azad şəhrivərin 4-də 500 milyon tümənlik girov qarşılığında “Böyük Tehran” zindanından murəxəsiyə buraxılıb.

Əkbər Azad mordadın 18-də Baharıstanın Dövlət və İnqilab Məhkəməsinə müraciət etdikdən sonra məhkəmə məmurları tərəfindən tutulub.

Yaxınlarının bildirdiyinə görə, o, girov vəsiqəsini dəyişdirmək üçün Dövlət və İnqilab Məhkəməsinin Hökmlərin İcrası Şöbəsinin 2-ci bölməsinə gedib. Məhkəmə məsulları onun vəsiqəsinin dəyişdirilməsi ilə razılaşmayıb və yazıçı həbs olunub.

Bundan öncə Əkbər Azad, Behnam Şeyxi, Həmid Mənafi və Əlirza Fərşi ilə birlikdə 1393-cü ildə Dünya Ana Dili Günü mərasimində iştirak etdikləri üçün tutulmuşdular.

Qanunun 499-cu maddəsinə əsasən, onların hər biri Tehran təcdidenəzər Məhkəməsinin 54 saylı şöbəsində 2 il həbs cəzasına məhkum edilmışdi.

“Milli əmniyətə qarşı qrup və təşkilatlara üzv olmaq”da ittiham olunan fəallar Tehran təcdidenəzər Məhkəməsinin 54 saylı şöbəsi tərəfindən hər biri 2 il həbs cəzasına məhkum edilib.10:12

Related Articles

Bir cavab yazın

Back to top button