Azərbaycan

Korona mərizləri Marağanın müalicə mərkəzlərində baxımsız qalıblar.

Marağa Vilayəti 268 min nəfər cəmiyyətlə müalicə imkanları, mütəxəssis həkim, klinik və dava baxımdan ən az təmin olunur, bu isə əhalidə nigarançılıq doğurur

Marağa Vilayəti 268 min nəfər cəmiyyətlə müalicə imkanları, mütəxəssis həkim, klinik və dava baxımdan ən az təmin olunur, bu isə əhalidə nigarançılıq doğurur. Marağada bir korona mərizi mərizxana və ya klinikə keçə bilmək üçün mərizxanaların və həkimlərin mətəbləri qarşısında gözləməli və 2-5 gündən sonra onlara dava və müalicə göstərilir. Koronaya yoluxanların çoxu bilmir ki, xidmət almağa hara müraciət etməlidir, habelə koronanın bəlli etmə testlərinin azlığı da Mraağa da bu günlər müşkülə çevrilib. Koronanı bəlli etmə testləri üçün Ağalar Qəbiristanlığında yerləşən sağlıq mərkəzlərinə müaraciət etmək istəyənlər, hətmən səhər saat 4-5-dən müaraciət etməli, və hələ bununla da günortayadək 100 nəfər xidmət ala biləcək fərdlərin sırasına yerləşə bilirlər. Marağada korona mərizləri əllərində qəbul kağızı olsa da Remdesivir vaksini ala bilmək üçün, məriz olduqları əhvalla özləri ilə bir neçə şəxaslə vaksini almağa saatlar gözləməli olurlar. Şəhərin həkimləri və Əmir Əl Möminin Mərizxanası göndərmiş mərizlər, dava olmadığına görə Remdesivir vaksinini qara bazar qiymətinə, hər bir ədədi 700 min tümənə mərizxananın davaxanasından almalı olurlar. Gündəlik 200 korona mərizi serum və Remdesivir vaksini ala bilmək üçün Marağanın Sina adına Mərizxanasına müraciət edir, amma növbədə 5 saat gözləməli olurlar. Həkimdən tutmuş vaksin vuran mütəxəssislərədək müalicə kadrı çalışsa da, ancaq vaksinin vurulmasına 10 yataq aylılıb, bu isə mərizlərə görüləcək işləri çətinləşdirib. Korona mərizləri və yanaşı şəxslərinin Marağanın mərizxanalarında yığışmaları ilə hər gün korona mərizlərinin artmasına səbəb olub. Marağanın Tibb Elmləri Bilimyurdunda imkanlardan istifadə üçün müdiriyyətin zəyif davranması korona mərizlərini idarə etməyi müşkülə tuş gətirib. Bilimyurdun bildirişində bildirilir ki, indilik 140 nəfər korona mərizi Marağanın mərizxanalarında yatırılıb, vilayətdə gündəlik 300 korona mərizi bəlli edilir və bunlardan ancaq 30 nəfəri təxis və ya yatırılır. Marağanın özəl qayğılar bölməsində (ICU) 17 nəfər yatırılıb. Gündəlik 2 nəfər koronadan ölür.

Related Articles

Bir cavab yazın

Back to top button