İran

Əlborzd koronavirusla bağlı son durum

“Əlborz ustanında koronavirusun yayılması getdikcə azalıb”. Bu barədə Əlborz ustanının Koronavirusla Mübarizə Qərargahının sözçüsü Mehrdad Babayi açılama verib. O, qeyd edib ki, havanın soyuması bu mərizliyin yayılmasına şərait yaradır. “İndi Əlborzda koronavirusa yoluxma ilə bağlı mərizxanaya yatırılanların sayında yüngül azalma var. Ölümlərin sayının isə azaldığını görürük. Əhalidən sağlıq qaydalarına riayət etməyə davam etmələrini xahiş edirik. Yeni dalğanın gəlməsi çox sayda yoluxmaya səbəb olacaq. Virusun yayılmasının azalmasına çalışmaq gərəkdir”,-deyə Babayi bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button