İran

Əli Xameneinin Azərbaycan dilindəki Tvitter hesabında təhdid mesajı paylaşııb

İranın dini rəhbəri Seyid Əli Xameneinin Azərbaycan dilindəki Tvitter hesabında təhdid və xəbərdarlıq dolu mesaj paylaşılıb.

“Bəziləri Misirin 40 il qabaqkı sionist rejimlə əlaqə qurmaq səhvini təkrarlamaq istəyir. Bu, həm onların özlərinə zərərdir, həm fələstinlilərə. Bunun sionist rejimə də faydası olmayacaq”-deyə, mesajda qeyd olunub.

Qeyd edək ki, xüsusilə son aylar bir sıra ərəb ölkələrinin İsrail dövləti ilə münasibətləri normallaşdırmağa başlaması və diplomatik əlaqələrin genişləndirilməsi İran hökumətini narahat edir. İran rəsmiləri və onların nəzarətindəki media orqanları körfəzin ərəb ölkələrini, eləcə də Azərbaycan və Türkiyəni İsraillə əlaqələrinə görə hədəf alır, hədə dolu mesajlar yayırlar.
138
08:54

Leave a comment

Related Articles

Bir cavab yazın

Back to top button