İran

Amerika rəsmisi: İranın SEPAH-la bağlı israrı nüvə danışıqlarını dalana dirəyib

"İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) adının terrorçu təşkilatlar siyahısından çıxarılması ilə bağlı israrı səbəbindən nüvə danışıqları dalan dirənib"

Bunu “Reuters” xəbər agentliyi Amerikanın yüksək vəzifəli diplomatına istinadən yazıb.

Agentlik adının çəkilməsini istəməyən amerikalı diplomatın danışıqların bərpasına və nəticə verəcəyinə ümidlərin azaldığını qeyd edib.

Qeyd edək ki, İran nüvə danışıqlarının davam etdirilməsi və razılığın əldə olunması üçün İnqilab keşikçiləri Korpusunun adının terrorçu qruplar siyahısından çıxarılması şərtini irəli sürüb. Bu isə Amerikanın bir çox siyasətçiləri, bəzi ölkələrin rəsmiləri və bir sıra iranlı siyasi və mədəni fəallarnın kəskin reaksiyaları ilə üzləşib.

Related Articles

Bir cavab yazın

Back to top button