İran

Əli Yunisi İran müxaliflərinin qətlə yetirilməsi barədə danışıb

“İttilat Vizarətində bir neçə düşüncə var. Bir nəzəriyyə belə idi ki, necə olur olsun düşmənləri aradan götürmək lazımdır, özü də ən az xərclə”. Bu fikirləri Məhəmməd Xatəmi dövlətində İranın İttilaat vəziri, Həsən Ruhani dövlətində isə Qovmlar və Məzhəblər üzrə müşavir olan Əli Yunisi səsləndirib. O, Mehdi Nəsiri ilə müsahibəsində bu düşüncədə olan şəxslərin hələ də ittilaat-əmniyyət sazimanlarında ola biləcəyini qeyd edib. Keçmiş vəzir Misbah Yəzdinin fikirlərini də şərh edib və müxaliflərin öldürülməsində onun məsuliyyət daşıdığını vurğulayıb. Bildirək ki, İran rəsmiləri İslami hökumətin qurulmasının ilk günlərindən bəri müxaliflərin “özbaşına davranan qüvvələr” tərəfindən qətlə yetirildiyini iddia edirlər. Ancaq ilk dəfədir ki, ölkənin yüksək məqamı hökümətə müxalif şəxslərin İttilat qurumları tərəfindən hücuma məruz qaldığını, bu qətillərin təşkili üçün müxtəlif nəzəriyyələrin işlənildiyini açıqlayır.

Related Articles

Bir cavab yazın

Back to top button