İran

Əliriza Fərşi 50 ay həbs cəzasına məhkum edilib

Həbsdə olan güney azərbaycanlı milli-siyasi fəal Əliriza Fərşi haqqında ədalətsiz qərar çıxarılıb. Belə ki, marsın 31-də Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi fəal barəsində 50 aylıq həbs qərarının çıxarıldığını elan edib. Məsələ ilə bağlı Əliriza Fərşi yaxınları ilə telefon danışığında bildirib. Məlumata görə, məhkəmə toplantısı öncədən xəbər verilmədən keçirilib. Siyasi məhbusun ailə üzvlərinin yaydıqları səs yazısında fəal İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən İslam Cəza Qanununun 610-cu maddəsinə istinadən “ölkə əmniyətinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə 3 il 6 ay, eyni qanunun 500-cü maddəsinə görə “sistemə qarşı təbliğat” ittihamı ilə 8 ay azadlıqdan məhrum edildiyini deyib.
Qeyd edək ki, məhkəmə “keçmişdə cinayət törətdiyinə” görə Əliriza Fərşini 2 il müddətinə ictimai fəaliyyətlərdən, partiya və qruplara üzv olmaqdan da məhrum edib. Onun haqqında 2 ay hər gün 4 saat olmaqla Tehran bələdiyyəsində icbari işə cəlb olunmaqla bağlı qərar çıxarılıb.

Related Articles

Bir cavab yazın

Back to top button