İran

Zənganda koronavirusla bağlı son vəziyyət

Zənganın Tibb Elmləri Danişqahının Sağlıq İşləri üzrə müavini Məhəmmədrza Saini koronavirusla bağlı əyalətdəki son vəziyyəti açıqlayıb. Onun sözlərinə görə, Zəngan, Əbhər və Xürrəmdərədə durum narıncıdır. Danişqah rəsmisi bildirib ki, əyalətin Tarım, Sultaniyyə və Xudabəndə vilayətləri sarı, Mahnişan isə göy məntəqə hesab edilir. Məlumata görə, özəlliklə Zəngan və Əbhərdə durumun ağırlaşması 3 və 4-cü qrup iş yerlərinin bağlanmasına, əyalətlərarası hərəkətin məhdudlaşdırılmasına səbəb olub. Əyalət üzrə ümumilikdə 45493 nəfər koronavirusa yoluxub. Onlardan 16841 nəfəri müalicə olunaraq sağalıb. Hazırda koronavirusa yoluxma ilə mərizxanalara yerləşdirilənlərin sayı 132 nəfər olub.

Related Articles

Bir cavab yazın

Back to top button