BölgəİranSiyasət

Ər-Riyad: İranla danışıqlara yalnız bu şərtlər atlında başlayacayıq

Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl-Cübeyr rəsmi Tehranla danışıqların başlanması üçün zəruri olan şərtləri açıqladı.

Aznews.tv xəbər verir ki, əl-Cübeyr bunu İran hökümətinin mətbuat katibi Əli Rabiyənin ölkəsinin Ər-Riyadın danışıqlar barədə təklifini, yalnız Səudiyyə Ərəbistanının bir sıra məsələlər üzrə möqeyini dəyişəcəyindən sonra qəbul edəcəyi barədə bəyanatını şərh edərkən deyib.

Nazirin sözlərinə görə, Səudiyyə Ərəbistanı İrana danışıqlara başlamağı təklif etməyib.

“Danışıqlara başlamaq üçün İran terrorçuları dəstəkləməkdən əl çəkməlidir, xaos yaymamalıdır və ərəb dövlətlərinin daxili işlərinə qarışmamalıdır.

Həmçinin İran kütləvi qırğın silahlarının, ballistik raketlərin yaradılması ilə bağlı proqramlarını dayandırmalıdır. Səudiyyə Ərəbistanı İranla Yəməndəki vəziyyəti müzakirə etməyib və etməyəcək. Bu Yəmənin öz işidir”, – deyə nazir əlavə edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button