İran

Ərak zindanında 4 məhkum edam edilib

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, bundan öncə narkotik maddələrin alverində günahlandırılan 4 məhkum Ərak zindanında edam edilib.

Təşkilat 6 məhkumun edam qabağı hazırlıq üçün təkadamlıq kameralara köçürüldüyünü, onlardan dördünün asıldığını və ikisinin edam hökmünün icrasının ertələndiyini bildirib.

İran məhkəmə sistemi və rəsmi dövlət mediası edamlar barədə məlumat verməyib.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı və Əbdürrəhman Borumənd Fondu cari ilin ilk 6 ayı ərzində İranda 251 nəfərin edam edildiyini bildirib.

Sözügedən təşkilatlar ölüm hökmlərinin belə sürətlə artacağı təqdirdə bu il edamların sayının ötən il qeydə alınmış 314 edam sayını geridə qoyacağı ilə bağlı xəbərdarlıq ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button