İran

İran əhalisinin 30%-dən çoxunun mənzili yoxdur

İranın Statistika Mərkəzi avqustun 15-də yaydığı hesabatda İran əhalisinin 32%-nin şəxsi mənzillərinin olmadığını deyib.

Hesabatda onların 23,2%-nin kirayədə, 8,5%-i isə təşkilat, vəqf və ya pulsuz mənzillərdə yaşadıqlarını qeyd edilib.

Əvvəlki statistik məlumatlar göstərir ki, 2016-cı ildə İran əhalisinin təxminən 65%-i ev sahibi olub, bu rəqəmi 2021-ci ilin statistikası ilə müqayisə etdikdə altı il ərzində İranda ev sahiblərinin sayı yalnız 2,5% artıb.

Statistika Mərkəzinin məlumatına görə, 2021-də şəhərli ailələrin gəlirlərinin 36 faizi mənzil tikintisinə sərf edildiyi halda, bu il əvvəlki illə müqayisədə bu ailələrin xərcləri 49 faiz, kənd ailələrinin xərcləri isə 52% artıb.

Yollar və Şəhərsalma Nazirliyi 2021-ci ilin yayında verdiyi hesabatda şəhərlərdə yaşayan iranlılarının gəlirlərinin 60%-dən çoxunun mənzil sektoruna xərcləndiyini elan etdi.

Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi bir hesabatda bildirib ki, orta hesabla, İran ailələrinin təxminən 41%-i əlverişli mənzil əldə etməkdən məhrumdur.

Nazirliyin məlumatında İran şəhərlərində yaşayan kirayəçilərin 94%-i xərclərini təmin etmək və münasib qiymətə mənzil kirayələməklə  bağlı ciddi problemlə üzləşib.

Bir neçə gün bundan öncə Əmlak Məsləhətçiləri Birliyi son üç ildə kirayə haqqının 3 dəfə artdığını və mənzili olmayan vətəndaşların bu sahədə problemlərinin dahada çoxaldığını açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button