İran

Ərdəbi̇ldə mi̇lli̇ fəallara qarşı təzyi̇qlər davam edi̇r

1399-cu ilin son üç ayında Ərdəbil vilayətinin İttilaat Baş İdarəsi və başqa əmniyət qurumları tərəfindən 30-dan çox azərbaycanlı hünərmənd, yazıçı, naşir və fəalla telefon təması tutulub. İdarəyə gələn fəllar dindirilib və təhdid edilib. 1399-cu il azərbaycanlı fəalların ən çox dindirilməsi və işgəncəyə məruz qalması ili kimi yadda qalıb. Belə ki, Təbrizin Əxlaq Əmniyəti Polis İdarəsinə təhvil verilən 40-a yaxın qadın və uşaq fiziki zorakılığa məruz qalıb. Ərdəbilin Geral parkında azərbaycanlı fəalların fiziki zorakılığa məruz qalması, Təbrizdə yaşayan milli fəal Yaşar Piriyə işgəncə edilməsi İran hökümətinin mədəni etirazlara verdiyi təpkinin bariz nümunəsidir. Aparılan araşdırmalara görə, Ərdəbil əyalətinin Baş İttilaat İdarəsi və şəhərin başqa əmniyət qurumları bir sıra qanunsuz hərəkətlərə yol veriblər. Onlar fəalların ailə üzvlərinə belə basqı tətbiq etməkdən çəkinməyiblər. Fəalların iş yerləri, müdirləri, tanışları və qohumları ilə təmas tutulub. Hətta fəalların çalışdıqları yerlərə gedərək onları təhdid etməkdən belə çəkinməyiblər. Bütün bu sadalananlar Ərdəbil Baş İttilaat İdarəsinin azərbaycanlı mədəni fəallara qarşı qanunsuz hərəkətlərinin yalnız bir qismidir. Halbuki, sözgedən fəallar qanun çərçivəsində fərhəng və hünər fəaliyyətləri ilə məşğuldurlar. Görünür, Ərdəbilin İttilaat İdarəsi qanunsuz hərəkətlərin icrası ilə məşğul olarkən özünü azad və toxunulmaz hiss edir.

Related Articles

Bir cavab yazın

Back to top button