Azərbaycan

Ərdəbil əyalətində həkim çatışmazlığı var

Bu barədə Ərdəbil Tibb Elmləri Universitetinin başçısı Dr. Əli Məhəmmədiyan məlumat verib.

Ərdəbil əyalətinin həkim çatışmazlığı problemi ilə üzləşdiyi və tibbi infrastrukturunun ölkə ortalamasına nisbət aşağı səviyyədə olduğu bildirilir.

“İRNA”-nın yaydığı xəbərə görə, Ərdəbil Tibb Elmləri Universitetinin başçısı Dr. Əli Məhəmmədiyan əyalətdə 476 mütəxəssis və 92 aşağı ixtisaslı mütəxəssis həkim mövcud,olduğunu və əyalətin həkim sayı baxımından çatışmazlıqla üzləşdiyini açıqlayıb.

O, habelə Ərdəbil Tibb Universitetinin təhsil imkanlarının da məhdud olduğunu və yetərli olmadığını qeyd edib.

Məhəmmədiyan iki illik pandemiya dönəmində əyalət xəstəxanalarının tibbi təchizat, tikinti, maliyyə kreditləri və işçi qüvvəsi infrastrukturunun çox köhnəlmiş olduğunu irəli sürüb.

Onun dediyinə görə, Ərdəbil Tibb Universitetinin tələbə qəbulu 20% artırılııb və universitetin təhsil imkanları bu qədər tələbə yetişdirməyə kifayət etmir.

Ərdəbil əyalətinin həkim yetişdirmək üçün təhsil imkanlarının ölkə üzrə ortalamasından aşağı olması ilə yanaşı ölkənin əyalətlərində həkimlərin ədalətsiz şəkildə bölgüsü və yerləşdirilməsi problemi var.

İranın ən inkişaf etmiş əyalətində həkim sayı baxımından ən məhrum buraxılmış əyalətlə müqayisədə on qatdan çox fərq var.
Tehran kimi əyalətlərə immiqrasiyası nəticəsində geri qalmış əyalətlərdə həkim sayı azalır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, İranda hər 10 min nəfərə düşən həkim sayı təxminən 16-dır.

Related Articles

Bir cavab yazın

Back to top button