Azərbaycan

Təbriz divarlarına etiraz şüarları yazılıb- Vətəndaşlar etiraz aksiyalarına çağrılıb

Fəallar əhalini etirazlara səsləyiblər.

İranın müxtəlif bölgələrində etiraz aksiyalarının davam etdiyi vaxtda mayın 15-də fəallar Təbriz divarlarına türkcə şüarlar yazaraq əhalini hökumətə qarşı aksiyalara səsləyiblər.

“Bıçaq sümüyə dirənib, can boğaza yığılıb”, “Səsimizə səs ver millət, çıxış yolu bu gün sabahdır” və ba.qa bu kimi şüarlarla ağır iqtisadi duruma işarə edib və azərbaycanlıları etiraza çağırıblar.

Qeyd edək ki, Güney Azərbaycan şəhərlərindən ilk etiraz aksiyalarına qoşulan Ərdəbil şəhəri olub.

Mayın 13-də Ərdəbil şəhərinin Şəriyəti meydanında əhali bahalıq, ərzaq qıtlığına qarşı etiraz mitinqi keçirib.

Yerli vaxtla saat 17:40-dan sonra başlayan aksiyaların qarşısını almaq üçün polis məmurları etiraza müdaxilə edərək aksiyaçılara qarşı zor işlədib. Rezin dəyənəklərdən istifadə edib.

İlkin məlumatlara görə, çoxlu sayda etirazçı həbs edilərək naməlum yerlərə aparılıblar.

Hələlik tutulan milli fəallardan yalnız Nasir Beheşti və Şükür Qasıminin adları məlumdur.

Şəriəti meydanı və mərkəzi küçələrdə çox sayda polis məmurları və təhlükəsizlik qüvvələrinin toplaşdığı qeyd olunur.

 

Related Articles

Bir cavab yazın

Back to top button