İran

Ərdəbil şəhərindəki sərnişindaşınmada azalma var

Ərdəbilin nəqliyyat və yol idarəsinin muavini Riza Şirinzadə Xalxal terminalından görüş keçirib. “Ötən 5 ayda ustanda 494 min 710 müsafir daşınıb ki, bu da 861.293.000 sərnişin olduğu ötən ilin eyni dövrü ilə müqayisədə yüzdə 42 azalma deməkdir. Bu miqdar 96 min 406 səfərlə baş tutub ki, keçən il bu rəqəm 121 min 980 səfər idi. Bu da ötən illə müqayisədə yüzdə 21 azalma səbt edilib”, – deyə məlumat verib.
Xatırladaq ki, Ərdəbil ustanında 54 müsafir şirkəti və 14 min 171 sürücü fəaliyyət göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button