Azərbaycanİran

Təbrizli futbal oyunçusu Quzey Azərbaycan komandası ilə müqavilə bağlayıb

“Türk dilinə təəssübüm olduğu üçün Azərbaycan Cumhuriyyətini İngiltərədən üstün tutdum. Öz millətimi və dilimi başa düşə biləcəyim ölkəni hər yerdən daha çox sevirəm”. Bu sözləri Təbrizli futbal və İranın Qadınlar Milli timinin sağ cinah oyunçusu Səba Səlimi-Rad Təbrize-Bidar saytına müsahibəsində deyib. Məlumata görə, o, bu yaxınlarda Azərbaycan Cumhuriyyətində “Marxal-Şəki” timinə qoşulub.
Xatırladaq ki, Səlimi daha öncə Təbrizin şəhrdari futsalında və milli futbol timində, habelə ötən fəsildə İraq Qadınlar ligində oynayıb. Ancaq koronavirusun yayılması səbəbi ilə Təbrizə qayıdıb. Səlimi hazırda Təbrizdəki Azərbaycan timinin nümayəndəsi ilə danışıqlarını dəqiqləşdirərək 1 illik qərardad bağlayıb. “İranda qadınların irəliləyişi üçün heç bir şərayit yoxdur. Onun birinci səbəbi isə ligin olmamasıdır. Media xanımların futbolunu yayınlamır. Heç bir dəstək olmadığı üçün qadınların futbol bacarıqları məhv edilir”,-deyə o, bildirib.
Səlimi başqa hansı timdən təkliflər almısınız sualına da cavab verib.
“Bir təklif Türkiyədən gəlib. Onlar hələ də Türkiyəyə getməyimi gözləyir. Başqa bir təklif isə İngiltərədən olub. Yaxınlarda oraya getməyimi istəyirdilər. Ancaq Azərbaycanı seçdim”,-deyə Səlimi qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button