Azərbaycan

Ərdəbil və Təbrizdə Urmu gölü ilə bağlı vərəqələr yayılıb

Sentyabrın 8-də mədəni və çevrə fəalları Urmu gölünün quruması ilə bağlı keçirilən aksiyaları davam etdiriblər.

Sentyabrın 8-də Təbriz və Ərdəbil şəhərlərində mədəni və çevrə fəalları Urmu gölünün quruması və hakimiyyətin onun bərpası ilə bağlı vədləri uerinə yetirməməsi ilə bağlı vərəqələr yayıblar.

Vərəqələrdə gölün durumu, onun qurumasının ekosistemin dəyişçməsinə və ətraf mühitə təsirləri qeyd olunaraq, vətəndaşlardan məsələyə laqeyd yanaşmamaları istənilib.

Ərdəbildə yayılan vərəqələrdə “”Urmu gölünün ölümü=duz fırtınası=Azərbaycanın ölümü”, “Azərbaycanın ürəyinin dayanması İranın beyin ölümünə səbəb olacaq” məzmunlu şüarlarla ekoloji problemin ciddiliyinə diqqət çəkilib, hökumətə xəbərdarlıq edilib.

Related Articles

Bir cavab yazın

Back to top button