Azərbaycanİran

Təbrizin cümə imamı Urmu gölü ilə bağlı İbrahim Rəisiyə müraciət edib

Təbrizin cümə imamı Seyid Məhəmmədəli Ali Haşim Urmu gölünün tamamilə qurumaq təhlükəsinin artdığını və xalqın bundan nigəran olduğunu deyib.

Urmu gölü probleminin yalnız əyalətin deyil bütün ölkənin problemi olduğunu deyən cümə imamı, İran prezidentindən məsələyə müdaxilə etməsini, Energetika Nazirliyinə bu istiqamətdə göstərişlər verməsini istəyib.

“İstəyirəm ki, energetika naziri heç olmasa xalqla danışsın, problemlər, görülən işlər barədə xalqa məlumat versin”-deyə, Ali Haşim bildirib.

Qeyd edək ki, İbrahim Rəisi prezident seçkiləri öncəsi Qərbi və Şərqi Azərbaycana səfərlər zamanı Urmu gölünün qısa müddətdə bərpa olunacağına dair söz vermişdi.

Rəisinin prezident seçilməsindən bu günə demək olarki gölün bərpası işləri ilə bağlı layihələr dayandırılıb, ekoloji problem dahada dərinləşib.

Məsələ ilə bağlı yanvarn ilk günlərində açıqlama verən Təbriz Universitetinin Su Mühəndisliyi fakültəsinin professoru, ekoloq Əhməd Faxirifərd iddiaların əksinə olaraq hökumətin Urmu gölünün bərpasına əhəmiyyət vermədiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button