İran

Ərdəbil zindanında koronavirusa yoluxma halları artıb

Azərbaycan siyasilərinin də saxlanıldığı Ərdəbil zindanının 7-ci bəndində koronavirusun kəskin şəkildə yayıldığı bildirilir. Məlumata görə, Abbas Lisani və Yusif Karinin də saxlanıldığı bu bənddə çox sayda insanın öskürək, qızdırma kimi şikayətləri var. Ərdəbil zindanının sağlıq mərkəzi şikayətlərin Kovid-19-la bağlı olma ehtimalını bildiriblər. Abbas Lisani telegram kanalının məlumatına görə, Lisaninin də koronavirusun əlaməti sayılan quru öskürək kimi şikayətləri var. Fəalın sağlıq durumu nigaranedici hala gəlib. Bildirək ki, İranda koronavirusun yayılmasından qısa zaman sonra zindanlarda virusa tutulma halları artıb. Bir çox zindanda məhbuslara bu səbəbdən icazə verilib. Ancaq Azərbaycanın siyasi məhbusu Abbas Lisaniyə günlərdir zindan daxili görüş, hətta telefon təması belə qadağan edilib. Beynəlxalq Əfv Təşkilatı ötən günlərdə Abbas Lisaninin dərhal azad edilməsi istəyilə imza kəmpeyni başladıb. Kəmpeyndə İraın Məhkəmə Sisteminin Başçısı İbrahim Rəisiyə səslənilib. Abbas Lisaninin azad edilməsi, İrandakı Azərbaycan türklərinə qarşı zülmə son verilməsi istənilib. Həmin kəmpeyn təşkilatın Türkiyə səhifəsində də yayılıb. Bir çox Türkiyə mediası tərəfindən işıqlandırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button