İran

Ərdəbildə ərzaq mağazaları önündə uzun növbələr yaranıb

Ərdəbildə ərzaq mağazaları önündə uzun növbələr yaranıb. Özəlliklə, toyuq və toyuq əti məhsulları almaq istəyənlər saatlarla növbədə durmaq məcburiyyətində qalıblar. Toyuq əti qiymətindəki artım isə Ərdəbil sakinlərinin haqlı narazılığına səbəb olub. Belə ki, Sənət, Mədən və Ticarət vəzirliyi bu məhsulların standart qiymətini 20 400 tümən təyin etdiyi halda, mağazalarda toyuq ətinin bir kiloqramı 22 min tüməndən başlayaraq alıcılara təklif olunur. Sakinlər deyirlər ki, Bahar bayramı ilə ilgili qırmızı ətin qiyməti kəskin bahalaşdığından toyuq və toyuq əti məhsullarını almaqla kifayətlənirlər. Ancaq qiymət artımı davam edərsə, insanlar toyuq əti və məhsullarını gündəlik yeyinti bərnaməsindən çıxarmaq məcburiyyətində qalacaq. Satıcılar isə məhsul qiymətlərindəki artımı dənin bahalığı ilə ilgiləndirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button