İran

İran polisi tərəfindən modelliklə məşğul olan şəxslər saxlanılıb

Marsın 15-də Əlbürz ustanının FƏTA polisi tərəfindən modelliklə məşğul olan 7 qrup saxlanılıb. FƏTA polisinin rəisi Rəsul Cəliliyan məsələnin ayrıntıları ilə bağlı açıqlama verməyib. Bildirək ki, isfənd ayının 11-də Həmədan Sepahının rəisi modelliklə məşğul olan 41 nəfərin tutuqlandığını açıqlayıb. Əli Əkbər Kərimpur sözügedən şəxsləri İslam Cümhuriyyətinə müxalif xarici şəbəkələrlə ilgidə ittiham etsə də, iddialarla bağlı heç bir sənəd təqdim etməyib. Əlbürz ustanının FƏTA polsinin rəisi mərc saytları ilə bağlı 75 pərvəndənin açıldığını söyləyib. Bundan başqa, ustanda 280 qumar və ya qumar reklamı ilə məşğul olan kanalın bağlandığını bildirib. Qeyd edək ki, İran hakimiyyəti yeni nəslin yaşam tərzini qərb ölkələrinin İslam rejiminə hücumu kimi qimətləndirir. Qadınları geyim kimi ən təməl azadlıqlardan məhrum edən İran insan haqları baxımından ən geridə qalmış ölkələrdən sayılır.

Related Articles

Bir cavab yazın

Back to top button