İran

Ərdəbildə aksiya: “Qadağalara məruz qalmış siyasi məhbus Abbas Lisani”

Abanın 28-də ərdəbilli milli-mədəni fəallar Ərdəbil zindanının 7-ci bölməsində saxlanılan və 15 il həbs cəzasına məhkum edilən siyasi məhbus Abbas Lisaniyə dəstək məqsədilə şəhərin müxtəlif yerlərində divarlara qrafitlər çəkiblər.

Abbas Lisaninin simvolik fotosu yayılan qrafitlərdə “Qadağalara məruz qalmış siyasi Məhbus Abbas Lisani” yazısı fəallar azərbaycanlı məhbusa dəstəklərini bildiriblər.

Son günlər Lisaninin sağlıq durumunun kəskin ağırlaşması ilə bağlı milli-mədəni fəallar ona müxtəlif vasitələrlə dəstəklərini ifadə edib, məhkəmə sistemi, təhlükəsizlik orqanları və zindan məsullarına siyasi məhbusa qarşı ədalətsiz yanaşmalarına görə etirazlarını ifadə ediblər.

Noyabrın 18-də də Ərdəbil şəhərinin milli-mədəni fəalları Abbas Lisaniyə dəstək məqsədilə aksiya keçiriblər.

Abbas Lisaninin fotoları olan afişa və banerlər şəhərin müxtəlif yerlərində yapışdırılıb.

Banerlərdə onun sağlıq durumundan narahatlıq ifadə edilib, zindan, təhlükəsizlik və məhkəmə məsullarının məhbusun həyatına qarşı laqeydliyinə qarşı etiraz bildirilib.

Ərdəbilin yerüstü piyada keçidləri və divarlarına asılan baner və afişalarda “Azərbaycanın tanınmış milli qəhrəmanının canı təhlükədədir” məzmunlu şüarlar yazılıb.

Related Articles

Bir cavab yazın

Back to top button