İran

Ərdəbildə divarlara etiraz şüarları yazılıb

Ərdəbil şəhərinin divarlarına şüarlar yazılıb. Bu vasitəilə Savalan ətəklərinin yaşam çevrəsinin dağılmasına səbəb olacaq projənin dayandırılması istənilib. Ərdəbil şəhərinin mədəni və yaşam çevrəsi fəalları da Savalan dağının dağıdılması etirazlarına qoşulub. Divarlarda “Savalanın dağılmasına səbəb olan sərmayə yatırımlarını dayandırın”, “Savalanı qoruyaq, uşaqlarımızın gələcəyini qurtaraq”, “Dağ, dəniz, meşə – əl-ələ təbii yaşam çevrəsi üçün birləşək!”, “Savalandan çıxın”, “Təbii yaşam çevrələrinin dəyişdirməklə dağıdılmasına yox deyək” kimi şüarlar yazılıb.

Beləliklə, görülən işlərin nəticələri barədə xəbərdarlıq edilib. Bildirək ki, ötən günlərdə Savalan dağının ətəklərində geniş miqyaslı yolçəkmə əməliyyatından görüntülər nəşr olunub. Yerli mətbuatın raporlarına əsasən, mədəni və yaşam çevrəsi fəalları bu barədə xəbərdarlıq edib. Ancaq ustanın məsul şəxsləri həmin projənin davam etdirilməsi ilə bağlı israrlıdırlar.

Vurğulaq ki, Ərdəbil ölkənin dövlət xidmətlərindən məhrum ustanları sırasındadır. Ustanın birləşdirici yolları standard deyil. Ərdəbil-Muğan yolunda çox sayda yol hadisələri baş verir. Olaylarla ilgili insan ölümünün amarı yüksəkdir. Buna baxmayaraq, məsul şəxslərinin Savalan dağının ətəklərində yol salınmasına israrlı olmaları şübhə doğurur. Ölkənin yüksək məqamlarının bəziləri bu yolu şəxsi mənafeləri üçün çəkmək istəyir.

Related Articles

Bir cavab yazın

Back to top button