İran

İranda büdcə problemləri

İran 1399-cu ildə büdcə problemləri ilə üzləşib. Amerika təhrimləri və neft qiymətinin enməsi xarici gəlirlərin azalmasına səbəb olub. Uzun müddətdir ki, İranda bazar və sərmayənin güvənsiz olması ciddi rukuda yol açıb. İran pulunun sürətlə dəyər itirməsi səbəbindən kimsə sərmayəsini tümən şəklində saxlamaq istəmir. Bu durumda dövlət ciddi bir planla ilin əvvəlindən etibarən bir çox dövlət şirkətini bursa gətirməyə başladı. İran hakimiyyəti iqtisadi bazara rəqabət aparılması mümkün olmayan tərəf kimi daxil oldu. Bununla da İran öz əhalisini burs bazarına məhkum etdi. Mediaların gücüylə yaradılan cəv milyonlarca insanı bu alana çəkdi. Ancaq qısa bir zamanda burs dəyərini kəskin şəkildə itirdi. Bu durumda İranda otomobil qiymətlərində artım müşahidə olundu. Dövlət məsullarının sözlərinə görə, qiymətlərdəki bu artım normal qarşılanmalıdır. Heç bir məntiqi əsası olmayan bu proseslər İran sərmayə bazarında normal bir olay halını aldı. Yerli əhali hələ bu olanları sindirməmiş ölkədə dolların qiyməti artdı. Rəsmi məzənnəyə əsasən, 1 Amerika dolları 25 min tümənə mübadilə olundu. Dollar qiymətlərinə nəzarət məqsədilə fəaliyyət göstərən Milli Sərrafi ilə azad bazar arasındakı fərq qarmaqarışıqlığa yol açdı. Nəticədə bu sahə də yeni bir qazanc yerinə çevrildi. Sosial mediada yayılan görüntülərdə Tehranda şəhər sakinlərinin dollar almaq üçün sırada durduqları əks olunub. Hətta bəzi yerlərdə insanlar arasında gərgin anlar yaşanıb. Bu tip olaylar millətin haqlı narazılığına səbəb olub.
İran hakimiyyəti son aylarda əhalidən əldə olunan gəlirlər vasitəsilə dövlət xəzinəsini doldurmağa səy göstərdi. Koronavirus böhranında işsizlik, aclıq və başqa sosial problemlər bu problemi daha da qabarda bilər.

Related Articles

Bir cavab yazın

Back to top button