Azərbaycanİran

Ərdəbildə divarlara milli şüarlar yazılıb

Oktyabrın 4-də Ərdəbildə etiraz aksiyası keçirilib. Milli fəallar şəhərin küçə və meydanlarında divarlara milli məzmunlu şüarlar yazıblar.

Milli fəallar şəhərin bir çox küçələrinin divarlarına qadın hüquqları və milli məhbuslarla bağlı şüarlar yazıb, məhbusların azad edilməsini istəyiblər.

Divarlara “Azadlıq, Ədalət, Milli hökumət”, “Azərbaycan fəallarının həbsdə olduğu müddətdə səssiz qalmayacayıq”, “Fəallara qarşı hərəkətlərinizin nəticəsini gözləyin” və başqa şüarlar yazılıb.

Milli fəallar hökumətə yeni aksiyalara başlayacaqları barədə xəbərdarlıq ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button