Azərbaycanİran

Təbriz və Tehranda daha iki mili fəal həbs edilib

Təbriz və Tehranda daha iki mili fəal həbs edilib. Arəş İffəti Tikmədaş və Meysəm Beheştinin təhlükəsizlik məmurları tərəfindən saxlanıldıqları bildirilir.

Təbrizdə Arəş İffəti Tikmədaşın evinə basqın edən təhlükəsizlik məmurları milli fəalı həbs edib.

Fəalın evində axtarış aparılıb, ona məxsus kompüteri, telefonu, kitabı, seyfi və başqa şəxsi əşyaları özləri ilə aparıblar.

Bununla yanaşı Muğan bölgəsindən olan və Tehranda yaşayan Meysəm Beheştinin də evində axtarış aparılıb və ona məxsus şəxsi əşyalar milli fəalla birlikdə naməlum yerə aparılıb.

Onların nədə ittiham olunduqları barədə heç bir məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button