Azərbaycanİran

Güclü qar Şərqi Azərbaycanda təsərrüfatlara ciddi ziyan vurub

Şərqi Azərbaycan əyalətinin, xüsusilə, dağlıq ərazilərində temperatur kəskin aşağı düşüb və güclü qar yağıb. İran televiziyasının yaydığı məlumata görə, güclü qar yağması nəticəsində bölgədə ciddi fəsadlar yaranıb.

Məlumatda bildirilir ki, əyalətdə heyvandarlıq təsərrüfatlarına ziyan dəyib. Köçərilər və heyvandarlar daha çox zərər çəkiblər.

Qaradağ mahalının Əhər şəhəri ətrafında yerləşən kəndlərdə, habelə yaxın yüksəkliklərdə yaşayan köçərilərin çox sayda mal-qara və qoyun sürüləri tələf olub.

Qeyd edək ki, mayın 14-dən başlayaraq Güney Azərbaycanın bir sıra bölgələrində güclü qar yağıb, bəzi yerlərdə yollar bağlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button