İran

Ərdəbildə koronavirusa görə nəğd ödənişlər qadağan edildi

Ərdəbil ustandarı deyib, “koronavirusun yayılmasında ən vacib amillərdən biri olan nağd pulla ödəniş etmək ustanımızda müvəqqəti olaraq qadağandır”, – deyə bildirib.

Bununla bağlı ustanın Koronavirusla Mübarizə Qərargahının toplantısında çıxış edən Əkbər Behnamcu, “istisna hallardan başqa, banklarda, ticarət mərkəzlərində, taksi və otobuslarda nağd ödənişlər qadağan edilib. Bundan başqa, ustanda icra orqanları ilə banklar arasında namələr da dövlət şəbəkəsi və ya faks vasitəsi ilə göndərilməlidir”, – deyə əlavə edib.

Ərdəbil ustandarı, bank rəisləri tərəfindən səhər və axşam saatlarında iş saatlarının tənzimlənərək ictimai fasilənin kontrol edilməsinin vacibliyini vurğulayıb.
Ərdəbil Tibb Elmləri Danişqahından verilən məlumata görə, bu ustanda insanların korona mərizliyinə sürətli tutulması baxımından indiki vəziyət yaxşı deyil və belə davam edərsə, mövcud müalicə imkanları və behdaşt işçilərinin gücü yetməyəcək.

Related Articles

Bir cavab yazın

Back to top button