İran

Milli fəalın azadlıq hökmü ləğv edildi

Evin məhkəməsinin başçısı, Azərbaycanlı milli mədəni fəal Həmid Cabbarlının azad edilməsinin qarşısını alıb. Bu barədə Həmid Cabbarlının bacısı Şəbnəm Cabbarlı Tvitter hesabında yazıb. ” Bazar günü qardaşım Həmid Cabbarlının azad edilmə hökmü verilib. Buna görə də Evin zindanının qarşısında Həmidi gözləyirdik. Ancaq bir neçə saatdan sonra dedilər ki, qardaşınızın azadlıq hökmü məhkəmə başçısı tərəfindən ləğv edilib. Gözləməyin, istintaq davam edir” deyə o, bildirib . Xatırladaq ki, bundan əvvəl də fəalın bacısı Tviter hesabında qardaşı ilə bağlı paylaşım edib. “O mənimlə olan bir neçə saniyəlik telefon bağlantısı zamanı Evin zindanına köçürüldüyünü bildirdi. Məmurun farsca danışmalısan cümləsi ilə telfonun bağlantısı kəsildi” deyə o, məlumat verib.

Related Articles

Bir cavab yazın

Back to top button