İran

Ərdəbildə koronavirusa yoluxma sayında azalma olub

“Ərdəbil əyalətində koronavirusa tutulanların sayında azalma olub. Ərdəbil, Parsabad və Xiyav şəhərləri koronavirusa tutulma baxımından narınc, Biləsuvar, Xalxal, Germi, Aslanduz, Səreyin, Nəmin, Kövsər və Nir şəhərləri isə sarı durumdadır”. Bununla bağlı Ərdəbil ustandarı Əkbər Behnamcu açıqlama verib. O, bildirib ki, tutulma sayındakı azalma tətbiq olunan məhdudiyyətlərin nəticəsidir. Gecə məhdudiyyətləri narınc və sarı şəhərlərdə davam etdirilir. Behnamcu vurğulayıb ki, maskdan istifadə, ictimai fasiləyə riayət və sağlıq qaydalarının icrası əyalətin indiki durumunu daha da yaxşılaşdıracaq.

Related Articles

Bir cavab yazın

Back to top button