İran

Təbrizin Şairlər Məqbərəsinin təmiri ilə bağlı işlər görülmür

Təbrizin Məqbərət-ül-Şüəra deyilən Şairlər Məqbərəsində tarixin müxtəlif dövrlərində yaşamış 400 adlım şairin məzarı yerləşir. Burada Məhəmməd Hüseyn Şəhriyar, Mirza Tahir Xoşnivis, Hümam Təbrizi, Siqqət ül İslam, Əsədi Tusi, Xaqani Şirvani və sair şairlər üçün anım mərasimləri keçirilib. Bu kimi dahi şəxsiyyətlərə layiq binanın tikilməsi zəruridir. Amma bu yöndə heç bir iş görülmür. On il əvvəl Təbrizin fərhəngi məsulları bildiriblər ki, məqbərə müəyyən xəsarətlər səbəbilə təmir olunmalıdır. Ancaq təmir işləri ilə bağlı nəzərdə tutulan tərh hələ də kağız üzərində qalıb. Bu duruma səbəb kimi mali etibarın azlığı, təmir və genişləndirmə tərhlərinin yanlış hazırlanması qeyd olunur.
Şərqi Azərbaycan Əyaləti Fərhəngi Miras Baş İdarəsinin müavini Əliriza Qoçi durumla bağlı açıqlama verib. O, bildirib ki, 1370-ci illərdə Şairlər Məqbərəsinin genişləndirilməsi tərhi Şərqi Azərbaycan ustandarı tərəfindən təsdiqlənib. Həmin qərara əsasən, Fərhəng və İslami İrşad Baş İdarəsi tərhlərin hazırlanması prosesinə başlayıb. Beləliklə, 1380-cı illərdə tərhlərin icrasının gerçəkləşdirilməsi nəzərdə tutulub. İslami İrşad İdarəsi icra orqanı olmadığı üçün görüləcək işlər 1380-ci illərin ikinci yarısından etibarən İslami İnqilab Məskən Bünyadına həvalə edilib. Qoçinin sözlərinə görə, genişləndirmə tərhi etibarın ayrılmaması, müdiriyyətdəki müşküllər səbəbilə 1392-ci ildə dayandırılıb. Yaranan duruma isə heç bir aydınlıq gətirilməyib. Daha sonra sözügedən tərhin icrası Təbriz şəhrdarisinə tapşırılıb. 1393-cü ilin şəhrivər ayında məcmuənin idarə etməsi şəhrdariyə verilib. Şeir və Ədəb Günündə Təbrizin 10-cu Məntəqəsinin Şəhrdarisi tərhin icrası üzrə məsuliyyəti öhdəsinə götürüb. Qoçi bildirib ki, Şairlər Məqbərəsinin genişləndirilməsi, eləcə də tarixi Sırxab qəbiristanlığı ilə ilgili Sırxab tərhinin icrası Şəhrdari İdarəsinə həvalə olunub. “Bina Ölkə üzrə Milli Əsərlər Listəsinə əlavə olunub. Buna görə də təmir tərhinin icraya başlaması Fərhəngi Miras Baş İdarəsi tərəfindən təsdiqlənməlidir.
Ümid edirik ki, Təbrizin Şairlər Məqbərəsinin genişləndirilməsi tərhi tezliklə icra olunacaq. Nəticədə bu tarixi məkan turistlərin cəlb edilməsində mühüm rol oynayacaq”,-deyə Əliriza Qoçi vurğulayıb.
Unread messages

Related Articles

Bir cavab yazın

Back to top button