İran

ƏRDƏBİLDƏ QAÇAQÇILIQ EDİLMİŞ AĞAC TİNGƏLƏRİ KƏŞF OLUNUB

Ərdəbil Ustanı Təbii Mənabe və Su İşləri İdarəsinin baş müdiri Şahamət Hidayət xurdad ayının 10-u tarixində bildirib ki, qaçaqçılar qonşu ustanlardan 110 meşə tingəsini qaçaqçılıq yolu ilə ustana varid edib və Hir bəxşində saxlayırdılar. Amma Ərdəbil şəhristanı və Hir bəxşinin Təbii Mənabe Pasqahı məmurlarının sayıqlığı və intizami qüvvələrin həmkarlığı ilə kəşf və zəbt olunub.
Şahamət Hidayət sözlərinin davamında bildirib ki, “bu məsələ üzrə qanunu pozmuş 1 nəfər tutuqlanıb və barəsində pərvəndə açılaraq qanuni mücazatların emalı üçün ustanın məhkəmə orqanlarına təhvil verilib.
“Artıraq ki, bizim qüvvələrimiz gecə-gündüz ustana qaçaqçılıq girişlərini kontrol edərək qanun pozucularına qarşı ciddi davranır. Təbii mənafeyin qorunması və meşə ağaclarının qaçaqçılığna qarşı mübarizə hamımızın vəzifəmizdir və bu yöndə sakinlər lazım olan həmkarlığı etməlidirlər və belə məsələləri müşahidə edəndə bildirməlidirlər və bununla da təbii mənafeyin dağıdılmasının qarışısını ala bilməliyik”, – deyə Şahamət Hidayət əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button